Sürücüləri sevindirəcək xəbər: Oktyabrın 1-dən etibarən -VİDEO
    • 4-08-2022, 10:21
    • 283

Sürücüləri sevindirəcək xəbər: Oktyabrın 1-dən etibarən -VİDEO

Yeni qaydalara əsasən sürücülərin məsuliyyətə görə ödədiyi sığorta haqqı onların daşıdığı riskin səviyyəsinə görə müəyyənləşdirililəcək. Yəni, məsuliyyətli və məsuliyyətsiz sürücülər bir-birindən fərqlənəcək.

News24.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, baza sığorta haqqı dəyişdirilməyəcək, 50 manat olaraq qalacaq. Lakin risk səviyyəsinə görə baza sığorta haqqına yeni əmsallar tətbiq ediləcək.

Nəqliyyat vasitələrinin daha sıx, intensiv olduğu yerlərdə yol-nəqliyyat hadisələrinin tezliyi daha yüksək olur. Bu səbəbdən Bakı şəhərinə, Sumqayıt və Abşerona yüksək əmsal tətbiq ediləcək. Digər bölgələrdə sürücülər isə daha az sığorta haqqı ödəyəcəklər.

Bununla yanaşı köhnə nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisə tezliyi yüksək olduğundan istismar müddəti 10 ili aşan nəqliyyat vasitələrinə 1,05, 20 ili aşan nəqliyyat vasitələrinə 1,1 əmsalı, istismar müddəti 10 ildən az olan nəqliyyat vasitələri üçün isə 1 əmsalı tətbiq olunacaq.