Ramil Nabranı "Maşın"dan Nazilə Səfərli "yola salıbmış"...
    • 26-12-2018, 16:54
    • 1 553

Ramil Nabranı "Maşın"dan Nazilə Səfərli "yola salıbmış"...

"Maşın Şou" ətrafında baş verənlər diqqət mərkəzindədir.

Şounu tərk edənlərin əksəriyyətinin sanki "Maşın"daymışlar kimi, oyunun gedişatına müdaxilə etmələrini hiss etməmək mümkünsüzdür. Şouda özünəməxsusluğu ilə seçilən iştirakçı olmuş şairə Nazilə Səfərli qeyd etdiyimiz çıxarılmış iştirakçılardandır, hansıki dünən Ramil Nabranın şounu sms azlığı ilə tərk etməsində bilavasitə rolu olub.

Nazilə xanım News24.Az-ın suallarını cavablandıraraq, bunu təstiqləyib:

"Şounun ilk günlərində Ramilə qanım qaynadı. Onun dürüst adam olduğunu düşünərək, məhz onunla oynamaq istədim. Amma vaxt keçdikcə zənnimdə yanıldığımın şahidi oldum. Sən demə Ramil altdan-altdan oyun planlayıb, mənim kimi güclü iştirakçıları Xosenin əli ilə çıxartmağı düşünürmüş. O, bu istəyinə müəyyən dərəcədə nail oldu. "İşçisi" Xosenin əli ilə planlar qurub, özünü xəbərsiz kimi aparmağa çalışsa da niyyətini sona qədər həyata keçirə bilmədi!.. Mənim Xəyalənin əli ilə çıxmağımın da onun planının olduğunu öyrəndim. Onlar Xəyaləni mənə qarşı döndərdilər. Xəyalə də özündə güc tapıb, onların sözü ilə məni çıxartdı. Bunu bilən kimi dünən şounun prodüserlərindən biri ilə əlaqə saxlayıb Sərxanın mobillə danışmaq haqqına əsasən onunla danışdım. Sərxana açıq şəkildə bildirdim ki, əgər Ramil axşam səsverməyə çıxsa, hədəfi o olsa, şouda qalıb davam etdirmək istəyirsə, mənə səslənməsi yetərlidir. Elə də oldu, Ramil Sərxanı hədəf seçdi, mən də onun mənə olan xain oyunundan dolayı sms depomu işə saldım. Səsvermədə heç bir saxtakarlığa yol verilmədiyini əminliklə deyə bilərəm. Çünki mən tərəfdən Ramilin getməsi üçün çox sayda smslər yollanıb. Etdiyimdən heç də peşman deyiləm! Oyun, şou olsa da belə, mən mərd oyunu və oyunçuları sevirəm"!

Azər NƏSİBOV