Ölmüş insanları saatlar sonra həyata qaytarmaq mümkün olacaq- ELMDƏ ŞOK YENİLİK
    • 5-08-2022, 13:17
    • 523

Ölmüş insanları saatlar sonra həyata qaytarmaq mümkün olacaq- ELMDƏ ŞOK YENİLİK

Alimlər ölmüş donuzun daxili orqanlarını həyata qaytarmağı bacarıblar.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlər donuz öldükdən 1 saat sonra onu dirildə biliblər. 

Proses “OrganEx” adlı cihazın köməyilə baş tutub. Cihaz ürək nəbzinə bənzər nəbz yaradır və hüceyrələr oksigenləşərək canlanır. Hətta donuzun başında və boynunda fiziki hərəkətlilik də müşahidə olunub.

Bu araşdırmanın aparılması üçün 100 donuzdan istifadə olunduğu açıqlanıb. 

Alimlər “OrganEx” cihazından ölmüş insanların daxili orqanlarını həyata qaytarmaq üçün də test edəcəklərini bildiriblər. 

Doğrudur, bu, çox yaxın zamanlarda baş verməyəcək. Amma elm adamlarının təxminlərinə görə,  “OrganEx” orqan naqlində çox böyük nailiyyətə nail olacaq. Bu cihazın vasitəsilə orqanın qorunub saxlanılması müddəti uzanacaq. Eləcə də, infakt, boğulma, qan itirmə kimi səbəblərdən həyatını itirənləri yenidən  yaşama qaytarmaq mümkün olacaq. 

Vüsalə Babaşova