Bloger Mehman Hüseynov yenidən cəza ala bilər
    • 27-12-2018, 11:14
    • 1 622

Bloger Mehman Hüseynov yenidən cəza ala bilər

Bloger Mehman Hüseynova yeni ittiham irəli sürülüb 

Xəbərə görə, o, bu dəfə cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməkdə təqsirləndirilir.

Rəsmi açıqlamaya görə, M.Hüseynov saxlanıldığı 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək ona bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Qaradağ rayon prokurorluğu faktla bağlı Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanılıb.

Məhkəmədə M.Hüseynovun bu cinayəti törətdiyi sübuta yetirilərsə, onu 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. 

M.Hüseynovun cəzasının bitməsinə 2 ay qalıb.

//Qafqazinfo