Bakı restoranlarında YENİ İL menyusu- QİYMƏTLƏR
    • 27-12-2018, 11:50
    • 3 578

Bakı restoranlarında YENİ İL menyusu- QİYMƏTLƏR

İlin ən əsas gecəsinə cəmi 4 gün qaldı. Bütün dünya bayramı xüsusi təmtəraqla qarşılamağa hazırlaşır. Azərbaycanda isə bayram təkcə yeni ilin gəlməsi ilə bitmir, 31 dekabr həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür. Yəni həmin gün xalqımız üçün ikiqat bayramdır. Təbii olaraq, həmin gün hər kəs öz büdcəsinə görə hərəkət edəcək. Bu özəl gecəni evdə keçirənlər çoxluq təşkil etsə də, restoranlarda əylənərək keçirən insanlar da az deyil. Lakin bunun üçün necə deyərlər “əliniz gərək cibinizdə olsun”.

News24.az saytı olaraq bayramı paytaxtın məhşur restoranlarında keçirmək istəyənlər üçün kiçik bir qiymət araşdırması apardıq.

“Qızıl Qaya” restoranı
1 nəfər - 70 AZN
“Monte Karlo” restoranı
1 nəfər - 80 AZN
“Xəmsə” restoranı
1 nəfər - 60, 80, 100 Azn
“Lido” restoranı
1 nəfər - 120 Azn
“Flamingo” restoranı
1 nəfər – 150, 250 AZN“Halikarnas Balıkçısı” restoranı
1 nəfər – 250 AZN
“Grand Neon” restoranı
1 nəfər – 70, 100, 200, 400 AZN
Bir sözlə, apardığımız araşdırmalar nəticəsində belə bir qənaətə gəldik ki, paytaxtın müxtəlif istirahət məkanlarında Yeni İl gecəsini keçirmək maddi imkanı orta və yaxşı olanlar üçün əlverişlidir.

Onu da qeyd edək ki, Yeni İl şousu saat 21:00- dan 04:00- a  qədər davam edəcək. Qiymətlərə estradanın ulduzlarından ibarət şou proqram, Şaxta Baba və Qar qızı, viktorinalar, hədiyyələr, eymək menyusu daxildir. Qiymət arasındakı fərqlərin müxtəlifliyi isə menyudan və müştərinin səhnəyə yaxın oturmasından asılıdır. Şou-proqramı daha yaxından izləmək istəyənlər daha çox pul xərcləməlidirlər. Azyaşlı uşaqlar üçün biletlər pulsuzdur.

Şəlalə AĞAYEVA