-
- 10-08-2022, 22:01
- 373
Melitopolda humanitar yardım mərkəzi partladıldı
Ukraynanın Rusiyanın nəzarəti altında olan Melitopol rayonundakı hümanitar yardım mərkəzi partladılıb.
Bunu “Biz Rusiya ilə birlikdəyik” ictimai hərəkatının lideri Vladimir Roqov bildirib.
“Gecə partlayış olub. Ölən və yaralananlar yoxdur”, - deyə o bildirib.
Onun sözlərinə görə, partlayış əldəqayırma qurğu vasitəsilə törədilib.
Qeyd edək ki, iki gün öncə Krımdakı aviabazada baş verən partlayışlarda Ukrayna xüsusi təyinatlılarının iştirak etdiyi, nəticədə 14 nəfərin yaralandığı bildirilmişdi.
Qeyd olunur ki, Ukrayna Hərbi Hava Qüvvələrinin ayrıca bəyanatında Krımda baş verən partlayışlardan bəhs edilsə də, onlar bu partlayışlara görə məsuliyyəti üzərlərinə götürməyiblər. /Teleqraf.com/