Uçan maşınlar üçün könüllülər axtarılır
    • 11-08-2022, 12:29
    • 1 486

Uçan maşınlar üçün könüllülər axtarılır

Fransız ixtiraçı Franki Zapata ilk uça bilən maşını test etmək üçün könüllülər axtarır.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, ixtiraçı maşınları uçqun altında qalmış insanları, kritik vəziyyətdə olan xəstələrin başqa bir yerə daşınması üçün istifadə ediləcəyini bildirib. Reaktiv mühərriklə işləyən maşın skeytbordun inkişaf etdirilmiş versiyasıdır. 
Testlərin aparılması üçün 100 könüllü axtarılır. 

Qeyd edək ki, F.Zapata 2019-cu ildə bu maşın vasitəsilə Pa-de-Kale boğazını uğurla keçib. 

Vüsalə Babaşova