Toy karvanına hücum edən şəxslər bu biznesmenin mühafizəçiləri imiş
    • Bu gün, 11:01
    • 193

Toy karvanına hücum edən şəxslər bu biznesmenin mühafizəçiləri imiş

L

Moskva vilayətində toy avtobusuna hücumla bağlı məlumat yaymışdıq.

News24.az Publika.az-a istinadla xəbər verir ki, hücumun təfərrüatları bəlli olub. Silahlı dəstənin moskvalı iş adamının şəxsi mühafizəsinin üzvləri olduğu üzə çıxıb. Bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.

Bildirilir ki, həmin şəxslər biznesmen Yevgeni Xrapovun mühafizəçiləridir. “Baza” onların adlarını da verib: Adam Tursunaev, İznaur Abazov, Mansur Egiev və Şamil Mutsuruyev. Xrapov özü Moskvada böyük striptiz klubları və karaoke şəbəkəsinin sahibidir. Onun avtomobili toy avtobusunun ardınca gedirmiş və sürücünün onlara yol vermədiyini əsas gətirərək, avtobusa atəş açıblar.

Avtobusa hücumu zamanı Xrapov müdaxilə etməyib, sadəcə olaraq avtomobilindən baş verənləri izləyib. Polis “Infiniti”nin 1,7 milyon rubl məbləğində 1730-dan çox cəriməsi olduğunu müəyyənləşdirib. Onların əksəriyyəti sürət həddini aşmağa görədir. Hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobili ələ keçirib.