Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Qarsda görüşəcək?
    • 11-08-2022, 20:02
    • 289

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Qarsda görüşəcək?

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan arasında növbəti görüş sentyabrda Qarsda keçirilə bilər.

News24.az xəbər verir ki, bu barədə Türkiyə KIV m'lumat yayıb.

Bildirilir ki, danışıqlarda iki ölkənin xarici işlr, ticarət və nəqliyyat qurumlarının nümayəndələrinin iştirakı nəzərdə tutulur. Görüşün yekununa dair texniki məsələlərin hazırlanmasına başlanacaq.

Qeyd edək ki, “A Haber” telekanalı bu gün Türkiyə Xarici İşlər Nazirliyindəki adı açıqlanmayan diplomata istinadən Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşünün sentyabrda keçiriləcəyi barədə xəbər yayıb. Mənbə bildirib ki, Ankara görüşün üçüncü ölkədə keçirilməsinin tərəfdarı deyil.