Salman Rüşdiyə Nyu-Yorkda bıçaqla hücum oldu- VİDEO
    • 12-08-2022, 21:47
    • 342

Salman Rüşdiyə Nyu-Yorkda bıçaqla hücum oldu- VİDEO

Hindistan əsilli britaniyalı yazıçı Salman Rüşdi Nyu-Yorkda “Chautauqua” İnstitutunda mühazirəsindən əvvəl hücuma məruz qalıb.

News24.az xarici  KİV-ə istinadla xəbər verir ki, naməlum şəxs səhnəyə çıxaraq Ruşdiyə  hücum edib.  Əlində bıçaq olan şəxs yazıçıya xəsarət yetirib. O, xəstəxanaya aparılıb. Yazıçının səhhəti haqda məlumat verilmir.  Hücum edən şəxsin saxlanıldığı bildrilir.

Qeyd edək ki, S.Ruşdi Hindistanın Bombey (indiki Mumbay) şəhərində anadan olub. Yazıçının “Şeytan ayələri” romanı müsəlmanların şiddətli etirazına səbəb olub. İranın dini lideri ayətullah Xomeyni fətvasında Ruşdini açıq şəkildə lənətləyərək onu, o cümlədən kitabın nəşrində iştirak edən bütün şəxsləri ölüm hökmünə məhkum edib və dünya müsəlmanlarını bunu yerinə yetirməyə çağırıb.

Yazıçı 2016-cı ildə 2000-ci ildən yaşadığı ABŞ vətəndaşlığını alıb.