Evimdən tapdığınız gizli sənədləri xalqa göstərin - Tramp
    • 13-08-2022, 14:53
    • 414

Evimdən tapdığınız gizli sənədləri xalqa göstərin - Tramp

ABŞ-nin eks-prezidenti Donald Trampın evindən FTB 11 qutu “Top secret” möhürlü sənədlər aşkarlayıb. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, ələ keçirilmiş sənədlər məxfi məzmunludur. 

Dövlətin milli maraqları qorunduğu üçün məhkəmə zamanı həmin sənədlər haqqında tam məlumatlar verilməyib. 

Tramp açıqlamasında Mar-a-Laqodakı evinə olan basqının Amerikaya yaraşmayan hərəkət və əsassız olduğunu bildirib. Həmin gizli sənədlərin xalqa göstərilməsinə qarşı çıxmayacağını və hətta buna təşviq edəcəyini deyib.

Vüsalə Babaşova