Türkiyənin xüsusi nümayəndəsindən İrəvandakı partlayışla bağlı başsağlığı
    • 15-08-2022, 13:51
    • 396

Türkiyənin xüsusi nümayəndəsindən İrəvandakı partlayışla bağlı başsağlığı

Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Serdar Kılıç İrəvanda baş verən partlayışla bağlı başsağlığı verib.

News24.az xəbər verir ki, diplomat bununla bağlı öz “Twitter“ səhifəsində paylaşım edib.

“Ölənlərin ailələrinə səmimi başsağlığımı çatdırıram və faciə nəticəsində xəsarət alanlara tezliklə sağalmalarını arzu edirəm”, - o qeyd edib.

Qeyd edək ki, “Surmalu” ticarət mərkəzindəki partlayış zamanı azı 6 nəfər ölüb, 16 nəfər itkin düşüb və 61 nəfər yaralanıb.