AMEA-nın magistraturalarının boş qalan yerlərinə 761 nəfər qəbul olunub
    • 16-08-2022, 11:52
    • 253

AMEA-nın magistraturalarının boş qalan yerlərinə 761 nəfər qəbul olunub

"Avqustun 15-də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub. Magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 1848 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 761 nəfər (o cümlədən 71 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olub".

News24.az-ın məlumatına görə, bunu ali təhsil müəssisələrinə ixtisas seçiminin başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, qəbul olunan şəxslər 2022-ci il 18 avqust 10:00-dan 30 avqust saat 23:59 dək elektron qaydada https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməlidirlər: "9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qeydiyyat avqustun 17-dək davam edir".