Ali təhsil müəssisələrinin boş qalan yerlərinə 1359 nəfər QƏBUL OLUNDU
    • 20-08-2019, 18:07
    • 783

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə 1359 nəfər QƏBUL OLUNDU

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 16515 şəxs ixtisas seçimi edib.

Dövlət İmtahan Mərkəzindən News24.az-a verilən xəbərə görə, müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə  1359 nəfər (o cümlədən 1232 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 10001 nəfər qəbul olub.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 96.33% dolub. Qəbul aparılan 55 kollecdən 34 kollecdə plan yerləri 100% dolub. Cəmi 381 yer (3.67%) boş qalıb. Onlardan 275 yer xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara aiddir.

Orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında tələbə qəbulunun nəticələri

 Qəbul 
 planı
Qəbul olunubQəbulolma faizi 
 
Vakant yerlərin 
 sayı (faizi)
Azərbaycan bölməsiRus 
 bölməsi
Bölmələr 
 üzrə cəmi
Xüsusi qabiliyyət imtahanı tələb etməyən ixtisaslar95308972452942498.89106 (1.11)
Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslar8525661157767.72275 (32.28)
Cəmi1038295384631000196.33381 (3.67)
 
Avqustun 21-də ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı  “Abituriyent” jurnalının 9-cu sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 10-cu sayında (hər iki jurnal elektron versiyada, pdf şəklində) dərc olunacaq.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər avqustun 23-dən sentyabrın 2-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə avqustun 23-dən 29dək  sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcəkdir.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi 30 avqust - 4 sentyabr tarixlərində aparılacaq.