Bakıda iki nəfər maşında güllələndi - VİDEO
    • 28-12-2018, 10:05
    • 1 038

Bakıda iki nəfər maşında güllələndi - VİDEO

 10 TO 170 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı maşın arxadan atəş açılaraq saxlanılıb.

Avtomobildə olan - 1991-ci il təvəllüdlü Tural Babayev və 1988-ci il təvəllüdlü Asif Bağırov elə salondaca güllələnib. 

Tural Babayev hadisə yerində dünyasını dəyişib, Asif Bağırov isə 1 saylı Şəhər Kliniki Xəstəxanası çatdırılıb.

Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

//BakuTV