FHN-də çalışan xanım əməkdaşlarla bağlı yeni QADAĞA
    • 17-08-2022, 18:13
    • 425

FHN-də çalışan xanım əməkdaşlarla bağlı yeni QADAĞA

Son günlər Fövqaladə Hallar Nazirliyi ətrafında cərəyan edən hadisələr qurumun yeni addımlar atmasına səbəb olub.

News24.az xəbər verir ki, nazirlik rəsmiləri qeyri-rəsmi olaraq xanım əməkdaşlar üçün müəyyən qaydalar tətbiq etməyə başlayıblar. Sosial şəbəkələrdə yayılan məlumata görə, xanım əməkdaşlara dırnaq uzadılması, aşırı makiyajla işə gəlmək, bəzək əşyalarından istifadə tamamilə qadağan edilib.

Sosial şəbəkələrdə yayılan bu iddiaları təkzib və təsdiq edən hansısa rəsmi bir məlumat yoxdur.

Qeyd edək ki, iki gündür ölkə gündəmində olan əsas mövzulardan biri də FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin inzibati binasında çəkilən görüntülərdir. Xidmət rəisinin köməkçisi, polkovnik Zaur Mirzəyev bir neçə xanımla öz kabinetində cinsi münasibətdə olub və bu görüntüləri lentə alaraq saxlayıb.

Böyük rezonansa səbəb olan hadisədən sonra Zaur Mirzəyev və görüntülərdəki xanımlar nazir Kəmaləddin Heydərovun əmri ilə işdən uzaqlaşdırılıblar. Zaur Mirzəyevin rütbəsi əlindən alınıb və onunla bağlı Baş Prokurorluqda araşdırmalar başladılıb./Azxeber.com/