NATO Kosovoda sülhməramlılarının sayını artıra bilər
    • 17-08-2022, 21:51
    • 324

NATO Kosovoda sülhməramlılarının sayını artıra bilər

Serbiya ilə gərginlik olarsa, NATO Kosovodakı sülhməramlılarının sayını artıracaq.

News24.az  xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

“Hazırda Kosovoda 4000 nəfərə yaxın hərbçimiz var. Ehtiyac olarsa, bu qüvvələri hərəkət etdirəcəyik və o hərbi mövcudluğumuzu artıracağıq”,- deyə Stoltenberq vurğulayıb.

Qeyd edək ki, bu ayın əvvəlində Kosovo ilə Serbiya arasında gəriginlik zamanı 10-dan çox kosovolu yaralanıb.