-
- 18-08-2022, 12:06
- 334
Çin ilk dəfə İsrailə sərt xəbərdrlıq etdi - Qarşıdurma guclənir
Çin Kommunist Partiyasının (ÇKP) ən nüfuzlu funksionerlərindən biri, ÇKP MK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Tszinçao şəxsi söhbət zamanı İsrailin Pekindəki səfiri İrit Ben-Abbeyə İsrail-Çin münasibətlərinin "kritik nəzarət nöqtəsində" olduğunu deyib.
News4.az xarici mediaya istinadla xəbər verir ki, Lyu Tszinçao səfirə xəbərdarlıq edib: "Əgər ABŞ-ın təzyiqi altında İsrail münasibətlərimizə xələl gətirəcək addımlar atsa, bu, böyük səhv olacaq", - ÇKP MK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri deyib.
Çin diplomatik dairələrinə yaxın mənbələrdən bildirilib ki, İsrail ilk dəfədir Çindən belə kəskin və birmənalı formalaşdırılmış mesaj alır. Mənbələr sözügedən görüşün səbəbini ABŞ və Çin arasındakı gərginliklə izah edirlər.
Lakin digər mənbələr İsrailin Çinlə münasibətlərinin daha əvvəl - Benyamin Netanyahu baş nazir postunu tərk edəndən sonra soyuduğunu bildirirlər: “Yeni hökumət Çinə tərəfdaş kimi deyil, daha çox milli təhlükəsizliyə təhdid kimi baxır. Beləliklə, İsrail artıq kiminlə olduğunu seçməli olacaq”.
Xəbərə görə, Lyu Tszinçao səfirlə görüşündə qeyd edib ki, o, İsrailin ABŞ-la xüsusi münasibətini anlayır, bunula belə Təl-Əvivin Çinə qarşı siyasətini yaxından izləyir. Lyu Tszinçao İsrailin ABŞ-ın Çin siyasətinə qoşulmayacağına ümid etdiyini bildirib: “Biz kritik dönüş nöqtəsindəyik. İsrail-Çin münasibətlərinin hansısa üçüncü ölkədən asılı olmasını istəmirik”.
İsrail səfiri bildirib ki, ölkəsi müstəqil siyasət yürüdür: “İsrail də ümid edir ki, heç bir üçüncü ölkə Çinin İsrailə münasibətinə təsir etməyəcək”.