ABŞ Ukraynaya Krıma zərbələr endirməyə icazə verdi
    • 20-08-2022, 15:09
    • 344

ABŞ Ukraynaya Krıma zərbələr endirməyə icazə verdi

ABŞ Ukraynaya Krıma zərbələr endirməyə icazə verib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, “Politico” saytına müsahibə verən ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi Vaşinqtonun Ukrayna ordusuna verdiyi silahların Krımdakı hədəflərə qarşı istifadəsinə icazə verdiyini və bunu özünümüdafiə tədbiri kimi qiymətləndirdiklərini açıqlayıb.
 
"Biz hədəf seçmirik. Təbii ki, bütün bunlar özünümüdafiə üçündür. Ukrayna ərazisində seçilmiş hər bir hədəf özünümüdafiədir. Krım Ukraynadır" – deyə, ABŞ rəsmisi bildirib.


Vüsalə Babaşova