Paşinyanla görüşdən sonra Putindən gözlənilməz addım
    • 28-12-2018, 12:53
    • 965

Paşinyanla görüşdən sonra Putindən gözlənilməz addım

Rusiya prezidenti Vladimir Putin Ermənistanın sabiq prezidenti Robert Koçaryanı Yeni il və Milad bayramı münasibətilə təbrik edib.

“Sputnik” agentliyi xəbər verir ki, bu haqda sabiq prezidentin dəftərxanasından bildiriblər. Rusiya lideri Koçaryanı bayramlar münasibətilə təbrik edərək, ona sağlamlıq və möhkəmlik arzulayıb. Xatırladaq ki, Robert Koçaryan hazırda həbsxanadadır. O, konstitusiya quruluşunu dəyirşdirmək cəhdində ittiham olunur. Putin dünən isə Moskvada Ermənistanın baş nazir vəzifələrini icra edən Nikol Paşinyanla görüşüb. Koçaryanın bu görüşdən dərhal sonra təbrik edilməsi isə görüşün Paşinyanın istədiyi kimi keçmədiyi qənaəti yaradır.

//PublikaAz