"Dunya liderlərini xəbərdar etdim" - Zelenski
    • 22-08-2022, 10:53
    • 230

"Dunya liderlərini xəbərdar etdim" - Zelenski

Ukrayna bütün tərəfdaşlarına Rusiyanın bu həftəki planları barədə xəbərdarlıq edib.

News24.az UNİAN-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski axşam videomüraciətində bildirib.

"Ukraynanın bütün tərəfdaşları terror dövlətinin bu həftə nələr hazırlaya biləcəyi ilə bağlı məlumatlandırılıb. Bu gün Fransa prezidenti Emmanuel Makronla bütün təhdidlər barədə danışdım. Türkiyə Prezidenti Ərdoğan da bütün bunlardan məlumatlıdır. BMT-nin baş katibi də. Onlar və digər dünya liderləri bizdən müvafiq siqnallar aldılar. Hər kəs hər şeyi başa düşür. Onlar işğalçıların nə etdiyini və bunun nələri təhdid etdiyini başa düşürlər. Və başa düşürlər ki, Ukrayna bununla barışmayacaq”, - Zelenski bildirib.

Zelenski həmçinin öz xalqını işğalçılardan müdafiə edən qəhrəmanların təhqir edilməsi ilə barışmayacaqlarını da bildirib: "Hətta müharibə zamanı da qaydalar olmalıdır. Dünya gücü istənilən dövləti, istənilən terrorçunu bu qaydalara əməl etməyə məcbur edə bilər. Biz ukraynalılar isə bir şeyi yadda saxlamalıyıq: nə olursa olsun, məqsədimiz qələbədir”, - deyə prezident əlavə edib.

Bundan əvvəl Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirmişdi ki, Rusiya Ukraynanın Müstəqillik günü ərəfəsində - avqustun 23-24-də hücumlarının sayını artırmağa çalışacaq.

Nilay Nurəli