-
- 22-08-2022, 14:33
- 11 126
“10-15 qadın lazımdır ki, dəsmal götürüb, TƏHSİLİMİZƏ AĞLASIN” – 150 bala çatmayan gəncliyimiz...
Bu il ali məktəblərə qəbul imtahanında 31 893 nəfər 0-150 arası bal toplayıb. Bəli, düzgün oxudunuz. Bu rəqəm valideynləri, müəlllimləri, ümumilikdə təhsil ictimaiyyətini narahat etməyə bilməz.
Problemin nədən qaynaqlandığını öyrənmək üçün ekspertlərlə həmsöhbət olduq.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov News24.az-a açıqlamasında bildirib ki, səbəblər çoxdur.
O qeyd edib ki, təhsilimizdəki problemlər ildən-ilə artır: “Əhalinin hər bir fərdinin imkanı yoxdur ki, övladını repetitor yanına göndərsin. Repetitor sistemi təhsili içindən dağıdır. Təhsil sistemi analiz olunmalıdır, ard-arda ciddi konfranslar keçirilməlidir, səbəblər araşdırılmalıdır.
Bir sıra səbəbləri qeyd edə bilərəm. Orta məktəblərin yuxarı siniflərində (10-11-ci siniflər) dərs keçilmir. İmkanı olan valideynlər övladını repetitor yanına göndərir, imkanı olmayanlar isə dərsə gəlmir. Bundan əlavə, təhsildə vacib adamın kim olduğu bilinmir. Təhsil iki yox, bir əldə olmalıdır. Dövlət İmtahan Mərkəzi və Elm və Təhsil Nazirliyi bir-biri ilə daim mübarizə aparır. Hər iki qurum fərqli məqsədə qulluq edir. Bu isə nəticədə təhsilə ziyan vurur. Digər bir səbəb isə təhsilə rəhbərlik edən şəxslərin əksəriyyətinin pedaqoq olmamasıdır. Təsəvvür edin, insanı müalicə edən həkimin yerinə baytar çalışır.
10-15 qadın lazımdır ki, dəsmal götürüb, bizim təhsilə ağlasın. Vaxtında deyilib ki, təhsilimizin fatihəsini vermək lazımdır. Büdcənin təxminən 23-24 faizi təhsilə ayrılır. Hamısı çalışır ki, o puldan nəsə qoparsın. Qardaş, bu yedikləriniz bəs deyilmi?
Dərsliklərin keyfiyyəti ilə bağlı danışanda deyirlər ki, bu məsələyə biz cavabdeh deyilik, nəşriyyat baxır. Məhz buna görə də təhsil bir əldə olmalıdır. Nəşriyyat kimdir ki, dərsliklərin məzmununu müəyyən etsin? Təhsilimizlə bağlı 2 saat danışaram, amma bir faydası yoxdur”.
Millət vəkili, təhsil eksperti Etibar Əliyev qeyd edib ki, bu gün yüksək ballardan daha çox orta nəticə göstərənlər bizi maraqlandırmalıdır: “Bilək ki, bu şagirdlər yazmağı, oxumağı, düşünməyi bacarırlarmı? Artıq orta məktəb təhsili ilbəil zəifləyir. Tədris məktəb dərsliklərinin üzərində qurulmalıdır. Ancaq dərsliklərin özündə çox ciddi problemlər var. Çox qəliz, anlaşılmayan dildə kitablar hazırlanır. Dərsliklər ensiklopedik vəsaitlərə bənzəyir. Digər tərəfdən müəllim hazırlığı məsələsində də işlərin axsadığını düşünürəm. Müəllim hazırlayan ali məktəblər bu işin öhdəsindən gələ bilmir. Onların proqramları və dərslikləri ilə tanışam. 21-ci əsrin bilikləri tamamilə fərqlidir. Artıq biliyin statusu dəyişib. Təəssüflər olsun ki, bizim müəllimlər biliyin yeni mahiyyəti ilə ayaqlaşa bilmir. Məktəb idarəetməsində çox ciddi qüsurlar var. Məktəblərdə direktorların seçimində subyektiv amillər çoxdur. Həmin subyektiv amillər nəticəsində təsadüfi şəxslər məktəblərə rəhbərlik edirlər. Bundan əlavə, Dövlət İmtahan Mərkəzinin uzun illərdir test vasitəsilə biliyi yoxlaması şagirdlərin məktəbdən yayınmasına səbəb olur”.