-
- 23-08-2022, 10:09
- 238
Cütlük yeni doğulan körpəni satmaq istədi
Qazaxıstanda gənc cütlük yeni doğulan uşağını satmaq qərarına gəlib.
News24.az "Oxu.az"-a istinadən xəbər verir ki, 24 yaşlı qadın 21 yaşlı ortağı ilə iki ay əvvəl alıcı axtarmağa başlayıb. Almatıda iki sakin körpə almaq istədiklərini bildiriblər. Razılaşmanın dəyəri 2 milyon tenge olub.
Alış-veriş həftə sonuna planlaşdırılsa da, polis buna imkan verməyib və vasitəçilər saxlanılıb.
Bundan əlavə, uşağa sənəd verəcəyini vəd edən qadın da ələ keçib.
Uşaq cütlüyün əlindən alınıb, hazırda o, tibb müəssisəsindədir.
Hüquq-mühafizə orqanlarının araşdırma aparır. Şübhəlilər isə müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.