-
- 24-08-2022, 11:14
- 627
Bakıda kişi qumbara ilə keçmiş ailəsini öldürmək istəyirmiş - ŞOK TƏFƏRRÜATLAR
Bakıda evində qumbara partladan şəxslə bağlı yeni faktlar məlum olub.
News24.az xəbər verir ki, hadisəni tərədən İntizam Nəcəfov Bakıdakı fermer təsərrüfatlarından birində çobanlıq edirmiş. O, 12 il əvvəl ayrıldığı ailəsinin qaldığı evə qumbara ilə hücum edib. Məqsədi keçmiş həyat yoldaşını, qayınanasını və 3 övladını öldürmək olub.
İ.Nəcəfov birinci qumbaranı keçmiş ailəsinin yaşadığı evin həyətinə atıb. Daha sonra onların evdən çıxmasını gözləyib. O, növbəti qumbaranı onların yanında partladacaqmış.
Birinci qumbara partlayışından sonra polisə məlumat verilib və dərhal əraziyə əməliyyat qrupu çıxıb. Hadisə yerinə gələn polis əməkdaşları böyük bir ailə faciəsinin qarşısını almağa müvəffəq olublar.
Belə ki, hadisə yeri dərhal mühasirəyə alınıb və görülən qabaqlayıcı tədbirlərlə həmin şəxs zərərsizləşdirilib.
İ.Nəcəfov zərərsizləşdirilməzdən əvvəl qumbaranı əlində partlatmaq istəyib. Həmin qumbara onun əlində partlasaydı özü, keçmiş ailə üzvləri və ərazidə olan polis əməkdaşları həyatını itirə bilərdi. Lakin polisin çevikliyi nəticəsində onun əlindəki qumbara partlamamış təhlükəsiz yerə atılıb. Nəticədə ölən və xəsarət alan olmayıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. /Lent.az/
***
10:17
Bakının Sabunçu rayonu Pirşağı qəsəbəsində 39 yaşlı kişi üzərində olan qumbaranı partladıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-a bildirilib ki, bu gün səhər saatlarında 1983-cü il təvəllüdlü, Ağdam rayon sakini İntizam Nəcəfov ailəsinin ondan imtina etdiyi üçün üzərində olan qumbaranı yaşayış ünvanında partladaraq keçmiş həyat yoldaşı ilə görüş tələb edib.
Həmin şəxs polis əməkdaşlarının çevik müdaxiləsi ilə ərazidə təhlükəsizlik tədbirləri təmin edilib. Hadisə zamanı xəsarət alan olmayıb.
İ.Nəcəfov saxlanılıb. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, qısqanclıq zəminində baş verən hadisəni törədən İ.Nəcəfov 12 il əvvəl həyat yoldaşından boşanıb. Keçmiş cütlüyün birgə nikahdan 3 övladı var.