Quql ukraynalıları Müstəqillik Günü münasibətilə təbrik etdi
    • 24-08-2022, 10:29
    • 239

Quql ukraynalıları Müstəqillik Günü münasibətilə təbrik etdi

Quql ukraynalıları Müstəqillik Günü münasibətilə təbrik edib.

News24.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə “UNİAN” məlumat yayıb.

Bildirilib ki, axtarış sisteminin əsas səhifəsində yeni dudl yerləşdirilib. Şəkil sarı və mavi – Ukraynanın dövlət bayrağı rəngində hazırlanıb. Əl-ələ tutan insanlar dimdiyində mavi-sarı lent daşıyan quşa baxırlar.

Qeyd edək ki, bu gün Ukraynanın müstəqilliyinin 31-ci ildönümüdür. Fevralın 24-də Rusiya Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.