Erməni oliqarxın yaxtası batdı
    • 24-08-2022, 21:20
    • 313

Erməni oliqarxın yaxtası batdı

Avqustun 21-i İtaliya sahillərində “May Saqa” yaxtası batıb.

News24.az  xarici KİV-ə istinadən xəbər verir ki, italyan mediası gəminin rusiyalı biznesmen Gennadi Ayvazyana məxsus olduğunu bildirib.

Məlumata görə, hadisə Squilacce körfəzində baş verib. Ekipaj gəmidə su olduğunu bildirib. Onlar rusiyalı sahibkarın gəmisini limana aparmağa çalışsalar da, pis hava şəraiti səbəbindən yaxta batıb.

Qeyd edək ki, Gennadi Ayvazyan “Kuzbassrazrezugol” holdinqinin ortağı və “Krutrade”nin direktorlar şurasının sədridir.