Fəlsəfə doktoru olmaq istəyənlərin NƏZƏRİNƏ
    • 26-08-2022, 11:49
    • 342

Fəlsəfə doktoru olmaq istəyənlərin NƏZƏRİNƏ

Fəlsəfə doktoru proqrami üzrə “Fəlsəfə” fənnindən qəbul imtahani verəcək iddiaçilarin nəzərinə

2022-ci il üçün fəlsəfə doktoru proqramı üzrə Bakı Dövlət Universiteti (BDU), Odlar Yurdu Universiteti, Xəzər Universiteti, Azərbaycan Universiteti, Qərbi-Kaspi Universiteti, Bakı Avrasiya Universiteti və Bakı Biznes Universitetinin doktoranturasına qəbul olmaq üçün sənəd vermiş və xarici dil üzrə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda keçid balını toplamış iddiaçılar üçün Fəlsəfə fənnindən qəbul imtahanı 2022-ci il 1-2 sentyabr tarixlərində saat 10:00 və 14:00-da BDU-nun əsas binasında 437 və 439 saylı auditoriyalarda keçiriləcəkdir.

İmtahan barədə daha ətraflı məlumatı http://md.bsu.edu.az/az/announcement/77 veb səhifəsindən əldə edə bilərsiniz:

İddiaçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini özləri ilə gətirməlidirlər.