-
- 26-08-2022, 14:04
- 450
Prezidentə Laçının nəzarətə götürülməsini məruzə edən GENERAL KİMDİR?
Xəbər verdiyimiz kimi, bu gün Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi Prezident İlham Əliyevə məruzə olunub.
Prezidentə məruz edən hərbçi 5-ci Ordu Korpusunun komandiri, Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidovdur.
Kənan Seyidov İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. O, müxtəlif illərdə Ümummilli Lider Heydər Əliyev sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni, Prezident İlham Əliyevin sərəncamları ilə isə “Vətən uğrunda” və “İgidliyə” görə medalları ilə təltif olunub.
İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Kənan Seyidova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
2021-ci ilin iyulunda Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor Seyidov Kənan Əlihüseyn oğlu Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – qərargah rəisi vəzifəsindən azad edilərək, 5-ci Ordu Korpusunun komandiri təyin edilib.