-
- 30-08-2022, 17:44
- 646
Şirvan Milli Parkında ceyran mənzərəsi
Azərbaycan təbiətinin, Şirvan Milli Parkının özünəməxsus çalarları ceyranlarla daha da gözəl görünür desək, yanılmarıq. Ceyranlar milli parkın düzənliklərinə özünəməxsus gözəllik qatıb.
News24.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, Şirvan Milli Parkı yaradıldıqdan sonra ceyranların nəslinin kəsilməsi təhlükəsi aradan qaldırılıb və hazırda Azərbaycanda ən böyük ceyran populyasiyasının yayıldığı ərazi Şirvan Milli Parkıdır.
Beynəlxalq ekspertlərin iştirakı ilə aparılmış sayğılar nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərində ceyran populyasiyasının sayının ümumilikdə 7 mindən çox, təkcə Şirvan Milli Parkı ərazisində isə 6 mindən artıq olduğu müəyyən edilib.
Şirvan Milli Parkında ceyran sürülərinin gözoxşayan və diqqətçəkən görüntülərini Sizinlə bölüşürük.