Milli qoruqlardan ecazkar qar mənzərələri - FOTO
    • 10-02-2020, 16:09
    • 2 195

Milli qoruqlardan ecazkar qar mənzərələri - FOTO

Qış fəslinin təbiət mənzərələri milli parklarda özünəməxsus gözəllik yaradıb. 

News24.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi milli parklarda olan qar görüntülərini yayıb.

Şahdağ Miili Parkında qar görüntüləri bu ərazinin yeni sakinləri olan zubrlarla daha cəlbedici görünür. 
 

Göygöl Milli Parkında da füsunkar mənzərəni, eko-turistlərin qar sevincini   görmək mümkündür. 



Azərbaycanın cənub hissəsinin ən gözəl təbiət abidəsi olan Hirkan Milli Parkı da qar örtüyünə bürünüb.    

Altıağac Milli parkının gözəl təbiətinə qar daha da gözəllik qatıb.



 Samur Milli Parkının meşələrinin qarlı mənzərəsi də göz oxşayır. 



Aran Qarabağa da qar yağıb. Ağgöl Milli Parkının düzən əraziləri ağappaq görünür.
(şəkillər)


Bu qış Abşeron yarımadasının ən ucqar nöqtəsinə, Abşeron Milli Parkına da  qar yağıb. 

 

Azərbaycan təbiətini sevən, onun gözəlliklərinə dəyər verən bütün turistləri milli parklarımızdakı qışın təbiət gözəlliklərindən zövq almağa dəvət edirik.