-
- 31-08-2022, 17:27
- 498
Xalq artisti Qurban İsmayılov ürəyindən əməliyyat olundu - FOTOLAR
Azərbaycanın Xalq artisti, “Ata ocağı”nın Nazim atası Qurban İsmayılov DTX Hospitalında açıq ürək əməliyyatı olunub.
Ağır əməliyyatı ürək-damar cərrahı Rafiq İbrahimov həyata keçirib.
Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov Qurban İsmayılova xəstəxanada baş çəkib. O cərraha və xəstəxananın personalına uğurlu nəticə üçün minnətdarlığını bildirib: “Əməliyyatın yaxşı keçməsi bizi sevindirir. Həkimlərimizə təşəkkür edirəm. Qurban müəllim, sizi çox gümrah gördüm. Həqiqətən də, xoşbəxt insansınız ki, bu qədər kritik vəziyyətdən fəsadsız qurtuldunuz. Çox şükür. Siz bizim dəyərli sənətkarımızsınız və tezliklə sizi “Ata ocağı”nda görmək istəyirik”.
Qurban İsmayılov ona göstərilən diqqət və qayğı üçün tibb işçilərinə, həm də Xəzər Media Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib. O bildirib ki, həyatının qurtulmasını “Ata ocağı” ” serialının kreativ prodüseri Amiran Babayevə borcludur: “Ürəyim ağrısa da, biganəlik edirdim. Hətta filmin çəkilişlərinə qatılırdım. Lakin narahatlığımı bilən kimi Amiran məni həkimə getməyə məcbur etdi. Müayinədən sonra vəziyyətimin ağır olduğu məlum oldu”.
Ürək- damar cərrahı Rafiq İbrahimov aktyorun durumu haqda bilgi verib. "Qurban müəllim xəstəxanaya infarkt diaqnozu ilə daxil olmuşdu. Amma hazırda vəziyyəti yaxşıdır. 4 saat davam edən əməliyyatdan sonra xəstəmiz artıq sərbəst gəzə bilir və həyat göstəriciləri normaldır. Onu sabah evə göndərəcəyik. Müalicəsinə evdə davam edəcək".