Ötən tədris ilində işlə təmin olunan müəllimlərin sayı AÇIQLANDI
    • 7-09-2022, 11:44
    • 212

Ötən tədris ilində işlə təmin olunan müəllimlərin sayı AÇIQLANDI

"İşə qəbul və əmək münasibətləri bərabərliyi təmin edən amillərdir. Ötən tədris ilində 39 yeni direktor, 113 direktor müavini, 28 hərbi rəhbər, 220 psixoloq, 23 kitabxana müəllimi və 2551 müəllim işlə təmin olunub. Qeyd edim ki, şəhid və qazi ailələrinin üzvləri də işlə təmin edilib".

News24.az-ın məlumatına görə, bunu Bakı şəhəri təhsil işçilərinin Sentyabr Konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.