UEFA-nın rəsmi səhifəsindən "Qarabağ"la bağlı maraqlı paylaşım - FOTO
    • 7-09-2022, 12:03
    • 334

UEFA-nın rəsmi səhifəsindən "Qarabağ"la bağlı maraqlı paylaşım - FOTO

UEFA-nın rəsmi Facebook səhifəsi Ağdam təmsilçisi "Qarabağ"la bağlı maraqlı paylaşım edib.

News24.az xəbər verir ki, paylaşımda "köhlən atların" loqosu ilə "İlk düşündüyünüz oyunçu?" sualı ünvanlanıb.

"Qarabağ"ın sabiq polşalı futbolçusu Jakub Jezniçak da şərhdə özünü işarə edib. Şərhlərdə azarkeşlər daha çox "Qarabağ"ın sabiq futbolçuları Rəşad Sadıqov, Reynaldo və Dino Ndlovunun adını çəkiblər.