Astarada su kəsiləcək
    • 8-09-2022, 10:08
    • 227

Astarada su kəsiləcək

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Astara şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

News24.az bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, hazırda qurumun briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra şəhərə suyun verilişi bərpa olunacaq.

Səhmdar cəmiyyəti narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.