-
- 8-09-2022, 10:34
- 510
İstanbulda həlak olan həkim öldürülüb? -FOTO
Sentyabrın 5-də İstanbulda avtomobilin vurub öldürdüyü azərbaycanlı uzman həkim Elnur Rufullayevin hadisədən bir müddət əvvəl sosial şəbəkə səhifəsində paylaşdığı status müzakirələrə səbəb olub.
News24.az xəbər verir ki, özəl klinikada İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya mütəxəssisi kimi çalışan 37 yaşlı Elnur daha əvvəl İstanbulda avtomobilin qəsdən üzərinə sürüldüyünü və son anda qəzadan qaça bildiyini yazıbmış. Bu məsələ həkimin sui-qəsd nəticəsində öldüyü haqda şübhələr yaratmağa başlayıb.
E.Rufullayev ötən il etdiyi həmin paylaşımında qeyd edib: “Bu gün işdə növbəyə gedərkən başıma daha öncə heç qarşılaşmadığım qəribə bir hadisə gəldi. Sizin də başınıza belə olay gələrsə, hazırlıqlı olun deyə bunu sizinlə paylaşım dedim.
Yolda qarşı tərəfə keçmək üçün kənarla yeriyirdim və bu zaman bir avtomobilin üzərimə doğru gəldiyini gördüm. Əvvəlcə, “yanılıram, mənə elə gəlir”, deyə düşündüm. Bu zaman üzərimə gələn maşının artıq çatdığını görüb, özümü səkiyə atdım, sürücü mənə əl edərək sürərək uzaqlaşdı. Yolda hərəkət sıx olduğu üçün niyə belə etdiyini soruşa bilmədim və həmin şəxsi tanıdığım üçün zəng edib məsələni soruşdum. O isə mənə zarafat etdiyini dedi. Türkiyədə belə bir ənənənin olduğunu öyrənəndən sonra həqiqətən baş verən hadisənin zarafat olduğuna ümid edirəm”.
Qeyd edək ki, həkimin öldüyü qəza Qaziosmanpaşanın Küçükköy adlanan hissəsində baş verib. Xəstəxanaya çatdırılan həkimin həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən sürücü saxlanılıb və daha sonra sərbəst buraxılıb. Hazırda faktla bağlı polis tərəfindən araşdırma aparılır.