-
- 9-09-2022, 15:20
- 1 924
“Paşinyanın sərhəddə KARTLARI BİTİR, kresloda qalmaq üçün..." - ŞƏRH
“Azərbaycan və Ermənistan arasında liderlər səviyyəsində görüşün keçirilməsi ərəfəsində, yaxud da görüşlərdən sonra hərbi təxribatın baş tutması artıq adi hala çevrilib. Hərblə sülh sanki bir-birini tamamlayır, o mənada ki, sülh danışıqlarından sonra sərhəddə hərbi insidentlər olur”.
Bunu News24.az-a açıqlamasında Ermənistanın törətdiyi son təxribatlarla bağlı danışan siyasi analitik Aqşin Kərimov deyib.
Analitik qeyd edib ki, sərhəddəki hərbi insidentlərin cövhərində Nikol Paşinyanın danışıqlarda hansısa güzəştlərə məcbur edilməsinin nişanəsi görünür: “Nikol Paşinyan hesablayır ki, onsuz da Azərbaycan istədiyini ondan qoparacaq, buna görə də, siyasi səhnədə güzəşt silsiləsini davam etdirmək məcburiyyətindədir. Onu da nəzərə alır ki, Azərbaycan sərhəddə mövqelərini möhkəmləndirməyi özünün hərbi-siyasi hədəfləri sırasında prioritet kimi saxlayır və əlində olan resursları işə salmaqla sərhəddə strateji yüksəkliklərdə qərar tutur.
Paşinyan anlayır ki, ölkəsinin ordusu Azərbaycanın təkcə bir komando birliyinə müqavimət göstərmək gücündə deyil. Ermənistan ordusunda siyasi rəhbərliyə tabe olmaq meyllərinin aradan qalxmasını da nəzərə alsaq deyə bilərik ki, Paşinyan sərhəd mövzusunu taleyin ümidinə buraxır və bununla da məsuliyyətdən qaçmaq kimi hiyləgər taktika ilə özünün hakimiyyətdəki mövqelərini bərkidir.
Sərhəddəki erməni təxribatlarının motivi Azərbaycan Ordusunun mövqelərini dəyişməsi, daha irəli çəkməsi ilə əlaqəlidir və erməni ordusu istər-istəməz qıcıqlanıb silaha əl atır. Azərbaycan isə soyuqqanlı bir davranışla həm sərhəddə bərkiyir, həm də Ermənistanın içini kəşfiyyat-vizual nəzarət altında saxlayır. Azərbaycan ən müasir texnologiyalarla Ermənistanın taktiki və strateji dərinliklərini nəzarətə alır və proses daha da davamlı hal alacaq”.