Avtobuslarda gediş haqqı ilə bağlı YENİ XƏBƏR
    • 10-09-2022, 11:37
    • 16 485

Avtobuslarda gediş haqqı ilə bağlı YENİ XƏBƏR

Müntəzəm sərnişin daşımalarında gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sistemi yaradılacaq, rayon və şəhərlərarası fəaliyyət göstərən avtobuslarda təhlükəsizlik tədbirləri daha da gücləndiriləcək.

News24.az xezerxeber.az-a istinadən xəbər verir ki, bütün bunlar ötən gün Prezident İlham Əliyev tərəfindən təsdiqlənən Yerüstü Nəqliyyat Agentliyinin nizamnaməsində yer alıb.

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı deyib ki, Yerüstü Nəqliyyat Agentliyi nəqliyyat sahəsində normativ hüquqi aktların, inkişaf konsepsiyalarının, strategiyaların, proqramların hazırlanması və həyata keçirilməsində iştirak edəcək.

Ekspert əlavə edib ki, sərnişindaşıma üzrə marşrutlarda istifadə olunacaq nəqliyyat vasitələrinin hərəkət cədvəlini, onlara dair tələbləri müəyyən etmək, avtobusların fəaliyyətini tənzimləmək məqsədilə mərkəzləşdirilmiş dispetçer xidməti yaratmaq da nizamnamədə əksini tapıb.

Sənəddə qeyd edilib ki, sərnişindaşıma sektorunda gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminin yaradılması və idarə olunması ilə bağlı tədbirlərin həyata keçirilməsi də Agentliyin əsas fəaliyyət istiqamətlərindən olacaq. Amma yeniliklər bununla bitmir.

Elməddin Muradlı vurğulayıb ki, Agentlik avtonəqliyyat vasitələrinin reysqabağı texniki yoxlanışı, sürücülərin tibbi müayinəsi üçün müvafiq məntəqələrin təyin edilməsi məqsədilə tədbirlər görəcək və bu sahədə nəzarəti həyata keçirəcək.

Daha ətraflı videomaterialı təqdim edirik: