Kreminnada Rusiyanın 400 əsgəri məhv edildi
    • 10-09-2022, 14:03
    • 378

Kreminnada Rusiyanın 400 əsgəri məhv edildi

Bu şəhərdə Rusiyanın 400 əsgəri məhv edildi

Ukraynanın Kreminna şəhərində baş verən partlayişlar nəticəsində Rusiya ordusunun 400 nəfərə yaxın əsgəri həlak olub və xeyli ağır texnikası sıradan çıxıb.

News24.az Unian-a istinadla xəbər verir ki, bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.

"Kreminnada partlayışlar bir neçə yerdə - komanda məntəqələrində, kazarmalarda, texnikanın təmiri və saxlanması üçün bazalarda baş verib. Bu partlayışlar nəticəsində rus işğalçılarının itkiləri 400 nəfərədək şəxsi heyət və 100-ə yaxın ağır texnika təşkil edir".

Qayday qeyd edib ki, şəhərin atəşə tutulması davam edir və yeni itkilər gözlənilir.

Xatırladaq ki, Kreminna şəhəri aprelin 18-də ruslar tərəfindən işğal olunub. .

Ukrayna Silahlı Qüvvələrinin bu şəhər uğrunda işğalçılara qarşı mübarizəsi davam edir. Sentyabrın 3-də Sergey Qayday bildirmişdi ki, Ukrayna ordusu Kreminna şəhərinə hücum edib və 300-dən çox rus hərbçisini məhv etməyə nail olub.