Pakistanda sel fəlakəti xəstəliklərin artmasına səbəb oldu
    • 12-09-2022, 19:59
    • 278

Pakistanda sel fəlakəti xəstəliklərin artmasına səbəb oldu

Pakistanda güclü yağışlardan sonra baş verən sel fəlakəti səbəbindən Sind əyalətində epidemioloji xəstəliklərə yoluxanların sayı artıb.

Bu barədə Sind əyalətinin Səhiyyə Departamenti məlumat açıqlayıb.

Məlumata görə, 1 milyon 79 min insanın epidemiyaya yoluxduğu müəyyən edilib.

Açıqlamada bildirilib ki, son 24 saat ərzində 12 min 819 nəfərdə astma və müxtəlif döş qəfəsi xəstəlikləri, 14 min 339 nəfərdən çox adamda isə müxtəlif dəri xəstəlikləri aşkarlanıb.

Bundan başqa 15 844 ishal, 2 310 malyariya, 4 ilan dişləməsi və 13 it dişləməsi halı, 19 min 179 nəfərdə müxtəlif göz xəstəlikləri, 23 min 237 nəfərdə isə digər xəstəliklər aşkar edilib./APA/