BƏƏ Türkiyədən “Bayraktar” alacaq
    • 12-09-2022, 21:18
    • 307

BƏƏ Türkiyədən “Bayraktar” alacaq

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiyədən “Bayraktar TB2” pilotsuz hücum kompleksi və “Roketsan” şirkətinin istehsal etdiyi MAM-L yüksək dəqiq aviasiya bombaları alacaq.

News24.az xarici mətbuata istinadla xəbər verir ki, bununla bağlı Türkiyə tərəfi ilə bu ilin martından aparılan danışıqlar başa çatmaq üzrədir və tezliklə müvafiq saziş imzalanacaq. Xəbərlərdə qeyd olunub ki, Əmirliklərin hökuməti altı il ərzində təhvil veriləcək hücum kompleksinə daxil olan 120 dron və onlar üçün yüksək dəqiq aviasiya bombalarının alınması üçün 2 milyard ABŞ dolları məbləğində vəsait ayırıb. Pilotsuz hücum kompleksinin istehsalçısı “Baykar” kompaniyası hər il BƏƏ-yə 20 dron tədarük edəcək.