UEFA Gənclər Liqası: “Qəbələ” “Hayduk”a məğlub oldu
    • 12-09-2022, 23:29
    • 248

UEFA Gənclər Liqası: “Qəbələ” “Hayduk”a məğlub oldu

“Qəbələ” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.

News24.az xəbər verir ki, komandamız birinci mərhələnin ilk oyununda Xorvatiyada “Hayduk”la üz-üzə gəlib. “Poljud” stadionundakı görüş “Qəbələ”nin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab görüşü oktyabrın 4-də Qəbələdə olacaq.