“Gəncədə, Bərdədə mülki vətəndaşlarımıza raket atan Ermənistan deyildimi?!” – Deputat
    • 13-09-2022, 11:00
    • 230

“Gəncədə, Bərdədə mülki vətəndaşlarımıza raket atan Ermənistan deyildimi?!” – Deputat

“Yalnız erməni lobbisinin təsirində olan bir sıra xarici informasiya portalları deyil, eləcə də bəzi beynəlxalq qurumlar da Ermənistanın dezinformasiya xarakterli yalan məlumatlarına istinad edirlər. İkinci Qarabağ müharibəsində Gəncəni, Bərdəni və bir sıra başqa şəhər və kəndlərimizi raket atəşinə tutub mülki vətəndaşlarımızı hədəf alan Ermənistan deyildimi?”

News24.az xəbər verir ki, bunu millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, Azərbaycan ordusu tərəfindən atəş nöqtələri neytrallaşdırılır, heç bir mülki obyektlər hədəfə alınmır: “İkili standartlara son qoymağın zamanı deyilmi?”