"Ona dediyim bu sözə görə çox peşmanam"- Şəhid Səbuhinin tərbiyəçisi
    • 14-09-2022, 12:20
    • 548

"Ona dediyim bu sözə görə çox peşmanam"- Şəhid Səbuhinin tərbiyəçisi

"Hərbiyə getməyi ona mən məsləhət gördüm. Dedim, hərbidə qalsan, rütbən-vəzifən olar. İndi ona dediyim həmin sözlərə çox peşmanam". 

News24.az xəbər verir ki, bu sözləri şəhid Səbuhi Əhmədovun tərbiyəçisi Məlahət Qazıyeva deyib. 

O qeyd edib ki, Səbuhi 2-ci sinifdə oxuyanda SOS Uşaq Evində onun öhdəliyinə verilib: "Mən onun tərbiyəçi anası olmuşam. Öhdəliyimdə 7 uşaq var idi. Səbuhi onların içərisində ən mehribanı, ən gülərüzü idi. Həmişə üzündə təbəssüm olurdu. Uşaq evindəki balacaları məktəbə aparmağa mənə kömək edirdi. Digər uşaqlardan seçilirdi. Ölümü də digər insanlardan fərqli oldu. Hələ də inana bilmirəm".