Bərdə sakinindən 10 kq-dan çox narkotik götürüldü
    • 15-09-2022, 10:33
    • 217

Bərdə sakinindən 10 kq-dan çox narkotik götürüldü

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakinindən marixuana və çətənə bitkiləri aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Firdovsi Cəfərov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan 6 kiloqram 583 qram marixuana və çəkisi 3 kiloqram 200 qram olan çətənə bitkiləri aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə F.Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib.