Qalmaqallı "Padmavati" hind filmi haqda maraqlı faktlar - FOTO - VİDEO
    • 2-01-2019, 18:12
    • 6 455

Qalmaqallı "Padmavati" hind filmi haqda maraqlı faktlar - FOTO - VİDEO

1303-cü il. 

Hindistananın yarısını fəth etmiş qüdrətli sultan Alauddin Xildci “Çittorqarx”dan sürgün edilmiş və şah ailəsinin keçmiş din təlimçisinin şirin sözlərinə aldanaraq, hökmdar Ravana Sinxin Padmavati adında gözəl xanımını ələ keçirəcəyi halda, öz qüdrətinin daha da artacağına inanır. Alauddin ordusunu “Çittorqarx” qalasının yanına gətirir və oranın hökmdarına söz verir ki, öz arvadını ona verəcəyi halda şəhəri dağıtmayacaq...

News24.Az "Kinoxana" rubrikasında bu dəfə Hindistanda irimiqyaslı etirazlarla qarşılanmış, eyni zamanda, ötən il ən çox büdcə toplamış “Padmavati” filmi haqqında bilmədiyiniz faktları təqdim edir.

1. Ekran işinin əsasında sufi Malik Cayasinin “Çittorqarx” şəhərinin dağılması və mevar şahzadələri haqqında bəhs edən “Padmavati” poeması dayanır.

2. Film sultan Alauddin personajının dəqiq təqdim olunmadığına görə, Hindistanın bir neçə ştatında etiraz aksiyalarına səbəb olmuşdu.

3. Filmdə əsas qadın obrazını oynayan Dipika Padukon təxminən 1.9 milyon ABŞ dolları qonorar almışdı. Bu məbləğ Bolivud aktrisaları üçün yeni bir mərhələ demək idi.

4. Filmin çəkiliş meydançası dəfələrlə hücumlara məruz qalıb.

5. Film təqdimatdan sonra uğursuzluqla üzləşəcəyi təqdirdə, təxminən 2.300.000 ABŞ dolları məbləğində sığortalanmışdı.

6. Rejissor Sancay Lila Bxansali illər əvvəl filmi Salman Xan və Ayşvaria Ray Baççan ilə çəkmək istəyirdi. Lakin aktyorlarla razıllıq əldə olunmamışdı. Əslində Salman Xan filmdə çəkilməyə razılıq vermişdi, Aişvariya isə filmdə çəkilməyə ancaq o şərtlə razı idi ki, Salman Xan mənfi obraz olan Alauddin Xildcini oynasın. Çünki həmin ərəfələrdə Salmanla arası olmayan Ray sözügedən obrazların birlikdə heç bir səhnələri olmadığı üçün belə şərt qoymuşdu. Salman Xan bu şərti qəbul etməmişdi.

7. Rejissor Sanjay Lila Bxansali Caypurda yerləşən Ceyqar fortunda, çəkilişlər zamanı “Rajput Karni Sena” icması tərəfindən hücuma məruz qalmışdı. Onlar iddia edirdilər ki, filmdə onların icması üçün çoxlu iş görmüş Maharani Padmini (Padmavati) ilə Alauddin Xildci arasında romantik münasibət göstərilib. Bu hücümdan sonra film sənayesində çalışan böyük adlar rejissora dəstək oldular. 2017-ci ilin mart ayında isə Kolhapur şəhərində gedən çəkilişlər zamanı filmin çəkiliş heyyəti hücuma məruz qalmış və set dağıdılmışdı. İnsanlar yanacaq bombalar, payalar və daşlarla silahlanaraq, çəkiliş meydançasını yandırmış, heyvanları yaralamış və bəzi kostyumları yararsız hala salmışdılar.

8. Filmin büdcəsi rejissor Sancay Lila Bxansalinin 2015-ci ildə yayıma çıxan “Bacirao və Mastani” (17.800.000 ABŞ dolları) filmini keçərək, 31 milyon ABŞ dollarına yaxın məbləğə çatmışdı.

9. Filmin adı “Padmavati”dən “Padmaavat”a dəyişdirilmişdi. Buna səbəb isə “Rajput” icmasının, filmdə tarixi faktların dəyişdirilməsi iddiası ilə etdiyi irimiqyaslı etiraz aksiyaları idi.  

10. Aktyor Ranvir Sinx Alauddin Xildci obrazına girə bilmək üçün 21 gün özünü ev dustağı etmişdi.

11. Alauddin Xildci filmdə təkəbbürlü, hiyləgər və qəddar insan kimi təqdim edilir. Lakin əslində rəvayətlərə görə real həyatda o, həssas, dindar və təvazökar insan kimi tanınır.

Hazırladı: Səməd Ağayev