Cavanşir Məmmədovun keçmiş kürəkənindən EKSKLÜZİV AÇIQLAMA-
    • 16-09-2022, 18:46
    • 1 013

Cavanşir Məmmədovun keçmiş kürəkənindən EKSKLÜZİV AÇIQLAMA- "MƏNDƏN ƏL ÇƏKİN"

“Mən Cavanşir Məmmədovun qızı ilə ailəli olduğum 2 ildə Bakıda yaşamışam. 2018-ci ildə Xatirə ilə  ayrılmışıq. Münasibətlərimiz uğurlu olmadı və qarşılıqlı anlaşma ilə boşandıq. Aktyor fəaliyyətim də Bakıda uğurlu olmadı. Mən də bu səbəbdən Türkiyəyə qayıtdım. Həmin vaxtdan nə Xatirə, nə də ailəsi ilə görüşməmişəm. Onlarla heç bir münasibətim, ünsiyyətim olmayıb. Daha əvvəl də xəbərlər yayılmışdı ki, Cavanşir Məmmədov kürəkəninə, guya mənə ev alıb. Kimsə mənə ev almayıb. Nə evli olanda, nə də sonra. İndi də “Cavanşir Məmmədovun kürəkəni ona qarşı dələduzluq edib” adı ilə xəbərlər paylaşılır. Hamı elə bilir ki, dələduzluq edən kürəkən mənəm. Halbuki bu məsələdən mənim ümumiyyətlə xəbərim yoxdur. Adımın belə neqativ xəbərlərdə hallanması məni narahat edir"

Bu sözləri News24.az-a açıqlamasında Cavanşir Məmmədovun keçmiş kürəkəni aktyor Arif Selçuk deyib.

O bildirib ki, Məmmədovlar ailəsi ilə bağlı yayılan söz-söhbətlərdə onun adı səbəbsiz yerə çəkilir: "Məmmədovlar ailəsi ilə əlaqələrimi kəsəli çox oldu. Onları aldadan, onlara qarşı dələduzluq edən şəxsin də kim olduğunu bilmirəm. Xatirə mənimlə ayrıldıqdan sonra həmin şəxslə tanış olub. Onlara qarşı dələduzluq edən başqa şəxsdir, amma bütün xəbərlərdə mənim adım hallanır. Adımın onların kürəkəni kimi hallanmasını istəmirəm".

Qumral Əliyeva