Tanınmış jurnalistin ailəsində AĞIR İTKİ
    • 17-09-2022, 11:50
    • 294

Tanınmış jurnalistin ailəsində AĞIR İTKİ

Tanınmış jurnalist Natiq Muxtarlıya ağır itki üz verib.

News24.az-ın məlumatına görə, jurnalistin atası Muxtar Muxtarov yaşadığı Masallı rayonunda vəfat edib.

Qeyd edək ki, mərhumun digər oğlu Nəsir Muxtarov Prezident Adminstrasiyasında işləyir.

O, daha əvvəl Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini və PA-da sektor müdiri kimi vəzifələri tutub.