Quterreş Qırğızıstan və Tacikistanı dialoqa çağırdı
    • 17-09-2022, 20:25
    • 339

Quterreş Qırğızıstan və Tacikistanı dialoqa çağırdı

BMT Baş katibi Antoniu Quterreş Qırğızıstan və Tacikistan liderlərini sərhəddə atəşi dayandırmağa və dialoq aparmağa çağırıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrikin yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd edilir ki, BMT müraciət olacağı təqdirdə vəziyyətin nizamlanmasına töhfə verməyə hazırdır.

"BMT sərhəd mübahisələrinin davamlı həllinin tapılmasına kömək etməyə hazırdır", - deyə bəyanatda bildirilir.