Tacikistan və Qırğızıstan sərhədçiləri arasında atışma olub
    • 3-06-2022, 13:09
    • 267

Tacikistan və Qırğızıstan sərhədçiləri arasında atışma olub

Tacikistan və Qırğızıstan sərhədçiləri arasında atışma olub.

 News24.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Sərhəd Xidmətinin mətbuat xidməti açıqlama yayıb.

Qırğızıstan tərəfi Batken rayonunun Bulaq-Başı adlı ərazisində tacikistanlı sərhədçilərin dövlət sərhədini pozduğunu bildirib.

Tərəflər arasında atışma zamanı Tacikistan tərəfinin minomyotlardan istifadə etdiyi də bildirilib.

Hadisə zamanı Qırğızıstan sərhədçiləri arasında ölən və yaralanan olmayıb.