“Putin müharibənin tezliklə başa çatmasını istəyir”
    • 20-09-2022, 10:41
    • 339

“Putin müharibənin tezliklə başa çatmasını istəyir”

“Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı münaqişəni mümkün qədər tez bir zamanda başa çatdırmaq niyyətindədir”. 

News24.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın “PBS” telekanalına verdiyi müsahibəsində deyib.

Türkiyə lideri Ukraynadakı müharibənin nə zaman başa çata biləcəyi ilə bağlı suala cavab verərkən deyib: “İlk növbədə Rusiyanın mövqeyi çox vacibdir. Özbəkistanda Rusiya Prezidenti Vladimir Putinlə görüşdüm və onunla ətraflı danışıqlar apardıq. Rusiya lideri münaqişəni mümkün qədər tez bir zamanda başa çatdırmaq istəyini ifadə etdi”. 

/Qafqazinfo/